Məleykə Abbaszadə: “Bu yolla getməyi məsləhət görmürəm”

  • Space TV
  • 8 Sentyabr 2020 15:20

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetnlərə çağırış edib.

Spacetv.az xəbər verir ki, DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb.

O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir:

“Bu, yalnış yoldur və bu yolla getməyi məsləhət görmürəm. Bakıda 6 universistetdə və 9 regional bölmədə ixtisas seçimi əlaqədar məsləhət mərkəzləri yaradılıb. Orada bütün xidmətlər pulsuzdur. Hesab edirəm ki, hazırlıqlı abituriyent üçün bu xidmətə lüzum yoxdur”.

Paylaş

 Xəbəriniz olsun