Məktəblərdə şagird sıxlığı necə tənzimlənəcək? – AÇIQLAMA

  • Space TV
  • 27 Avqust 2020 18:27

Məktəbdə sıxlığı azaltmaq üçün bəzi fənlərin əyani, bəzi fənlərin onlayn keçirilməsi planlaşdırılır. 

Spacetv.az xəbər verir ki, bunu Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. 

Onun sözlərinə görə, bu, sıxlığın azaldılmasına kömək olacaq:

“Fənlər seçilən zaman onların tədris prosesi nəzərə alınacaq. Bununla da məktəblərdə şagirdlərin sayında azalma olacaq ki, bu da sosial məsafənin lazımi şəkildə qorunmasına şərait yaradacaq”.

Paylaş

 Xəbəriniz olsun