Məktəblərdə qış tətili başa çatdı

  • Space TV
  • 1 Fevral 2020 11:11

Bu gün Azərbaycanın altı günlük işləyən orta təhsil müəssisələrində qış tətili başa çatıb.

SPACE TV-ın məlumatına görə, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Qeyd edək ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.

Məlumat üçün bildirək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun