Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı – CƏDVƏL

  • Space TV
  • 29 Sentyabr 2020 14:30

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Spacetv.az xəbər verir ki, sentyabrın 28-də 15 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı bir olub.

10 şagirddə, bir işçi heyətdə isə koronavirus aşkarlanıb. 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 203 şagird və 58 nəfər işçi koronavirusa yoluxub.

Distant təhsilə keçən siniflərin sayı yeddidir.

Paylaş

 Xəbəriniz olsun