Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı – CƏDVƏL

  • Space TV
  • 7 Oktyabr 2020 17:46

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Spacetv.az-ın məlumatına görə, oktyabrın 7-də altı şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı bir olub.

12 şagirddə, iki işçi heyətdə isə koronavirus aşkarlanıb. 

Əyani təhsilə keçən siniflərin sayı dörd, distant təhsilə keçən siniflərin sayı üçdür. 

Paylaş

 Xəbəriniz olsun