Məktəblərdə informatika fənnləri necə tədris olunur?

  • SpaceTV
  • 2 Noyabr 2019 15:29

Əlixan kimi bütün şagirdlər Zaqatala məktəblərində kompuyuter biliklərini artırmaqdadırlar.Nəzərə alsaq ki,artıq kompyuter əsridir və gənc nəsil bu istiqamətdə daha dolğun biliklərə yiyələnməlidirlər.Avadanlıq baxımından korluq çəkməyən məktəblərdə informatika fənni üzrə dərs saatları azlıq təşkil edir.Müəllimlər belə deyir…

İnformatika otaqları məktəbdə şagirdlərin informatika fənnini və digər İKT ilə keçirilən dərsləri aparmaq üçün nəzərdə tutulub.Məktəblilər məktəbdən kənarda sərbəst şəkildə hansısa biliklərə nail olsalar da ,əsas kompyuter savadını yenə də məktəbdə alırlar.Müəllimlər ümumi bilikləri bütün şagirdlərə çatdırsa da,ayrı-ayrılıqda hər şagirdin marağını da nəzərə alırlar.

Hazırda məktəblərdə  adətən 18  terminal və 1 server olur və adi lokal şəbəkəyə bağlanan fərdi kompyuterlər var.  Bu otaqların olması şagirdlərin İKT-yə marağını daha da artırır,kompüterlərin olması isə  bilikləri praktiki dərslərdə bacarıqlara çevirməyə kömək edir.

Zaqatala 3 saylı məktəbə İnformatika kabinetində tədrisi daha faydalı və zəngin etmək üçün stend, plakat və digər əyani vəsaitlərdən istifadə olunur.İnformatika kabinetində müxtəlif yarış, müsabiqə və intellektual oyunlar təşkil edilir.Məktəb canlı bağlantılarla ilkə imza ataraq müxtəlif interaktiv dərslər keçirir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun