Məktəblərdə bayram tətili neçə gün olacaq? – RƏSMİ

  • SpaceTV
  • 12 Dekabr 2019 15:54

“6 günlük dərs olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib”.

SPACE TV -in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı nazirlik qərar verməyib: “Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək”.

Paylaş

 Xəbəriniz olsun