Məktəblər dezinfeksiya cihazları ilə təmin olunacaq

  • Space TV
  • 11 Sentyabr 2020 16:42

Məktəblər dezinfeksiya və hərarət ölçən cihazlarla bağlı təmin olunacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə heç bir problem olmayacaq, bütün məktəblərin zəruri dezinfeksiya məhlulları ilə təmin edilməsi nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun