Məktəbin stadionunda bina tikilir

  • SpaceTV
  • 24 Oktyabr 2019 17:40

Paytaxtda  tikinti  şirkətlərdən biri məktəbin stadionunda hündürmərtəbəli bina tikir. Görüntülər Nəsimi rayonu 5 –ci mikrarayon ərazisində fəaliyyət göstərən 54  nömrəli tam orta məktəbdəndir.

Məktəbin stadionun ərazisinin zəpt edilməsi xəbərini məktəb rəhbərliyi, tikinti şirkəti ərazidə qazıntı və hasarlanma işləri apararkən xəbəb tutub.  öncə stadionun ərazisində olan idman quruğuları tikinti şirkətinin əməkdaşları tərəfindən çıxarılaraq stadionun başqa hissəsinə köçürülüb.

54 nömrəli məktəbdən bildirildi ərazi 1976 –cı ildən təhsil ocağının balansındadır və stadion kimi istifadə olunur.Ancaq tikinti şirkətinə, qanunsuz olaraq məktəbin ərazisinə daxil olduğu bildirilsədə şirkət rəhbəri ,tikinti aparılan torpaq sahəsini bir neçə il öncə qanuni sənədlərlə aldığını bildirib.  hazırda bununla bağlı aidiyyatı qrumlar tərəfindən araşdırmaların aparıldığını deyib

Hazırda ərazidə tikinti işləri dayandırılsa da ,şirkət nümayəndəsi yaxın vaxtlarda yenidən işlərin davam etdiriləcəyini və on mərtəbəli 1 bloklu bina tikiləcəyini bildiridi.

Nəsimi rayon icra hakimiyyətindən isə sözügedən mövzu ilə bağlı açıqlama vermək istəmədilər.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun