Məktəbin altında böyük məzarlıq aşkar edildi

  • SpaceTV
  • 22 Noyabr 2019 11:44

ABŞ-ın Florida ştatının Tampa şəhərində yerləşən “King High School” məktəbinin ərazisində 145 qəbirin olduğu məzarlıq tapılıb. 

“Fox 13” xəbər verir ki, təhsil ocağının ərazisində məzarların olması ilə bağlı informasiya ilk dəfə oktyabr ayında yayılsa da, yalnız indi georadar vasitəsilə tapılması mümkün olub. 

Versiyalardan birinə görə, əvvəllər məktəbin binası olan ərazidə yerli afroamerikalı icma üzvlərini dəfn ediblər. Məzarlıqdakı son dəfn 75 il əvvələ aid edilib. Burada ümumulikdə 230 nəfərin dəfn olunduğu ehtimal olunur, onlardan 70-i gənclər və uşaqlardır.

Paylaş

 Xəbəriniz olsun