Məktəb istifadəyə verilib

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:26

Space – in bölgə müxbiri məlumat verir ki, Masallıda 400-dən çox şagird yeni dərs ilinə yeni binalarda başladı. Müasir üslubda tikilmiş Gəyəçöl, Bala Təklə  və Şıxlar kəndinin məktəbləri yeni tədris ilində istifadəyə verilib.

Masallı rayonunun Gəyəçöl kəndində yeni inşa olunmuş məktəb binası 3 korpusdan ibarətdir. 264 şagird yerlik ikimərtəbəli məktəb yeni dərs ilində şagird və müəllimlərin ixtiyarına verilib. Əvvəllər Gəyəçöldə yaşayan uşaqlar buradakı köhnə məktəbdə şərait olmadığından başqa kəndlərə üz tuturdularsa, indi onların müasir standartlara uyğun məktəbi var. Yeni tikilən təhsil ocağında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb. Məktəbdə 24 sinif otağının hamısı yeni inventar və avadanlıqla təchiz olunub. Həmçinin akt və idman zalları, yeməkxana və kitabxanası olan təhsil müəssisəsi şagirdlərlə yanaşı valideynlərin də sevincinə səbəb olub.  

Gəyəçöl kənd məktəbində təhsil alacaq şagirdlərin bu sevincinə rayonun daha 2 kəndinin şagirdləri də qoşulub. Yeni modul tipli Bala Təklə və Şıxlar kənd 2 nömrəli məktəb binaları da yeni dərs ilində öz qapılarını şagirdlərin üzünü açıb. 96 şagird yerlik Bala Təklə kənd ümumi orta məktəbində 4-ü ibtidai olmaqla 9 sinif otağı var. Şıxlar kənd 2 nömrəli məktəbdə isə 56 şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb. 

Beləliklə Masallıda fəaliyyət göstərməyə başlayan sözügedən 3 yeni məktəb binası müəllimlərin iş, 400-dən çox şagirdin isə təhsil imkanlarını yaxşılaşdıracaq.

Rövşən Almazoğlu Space Masallı

Paylaş

 Xəbəriniz olsun