Məktəb bufetlərində vəziyyət

  • SpaceTV
  • 30 Oktyabr 2019 17:21

Hər yeni dərs ilində paytaxtda fəaliyyət göstərən bütün ümumtəhsil orta məktəblərdə yerləşən  yeməkxana və bufetlərin vəziyyəti yoxlanılır qarşıya çıxan nöqsanların aradan qaldırılması üçün həm məktəb eləcə də burda çalışan işçilərə tapşırıqlar verilir.

Son illər paytatxda onlarla məktəb əsaslı təmir olunub bəzilərinin köhnə binaları sökülərək yeni məktəb binaları tikilib.Bəs bu təhsil ocaqlarının yeməkxanaları necə aidiyyatı qurumlar tərəfindən qoyulan tələblərə cavab verə bilirmi.Suraxanı rayonunda yerləşən 208 saylı məktəbin bufetinə baş çəkdik şagirdlərə gündəlik  təklif olunan qidaların keyfiyyəti ilə maraqlandıq.

Saqqız, qazlı sular,kremli yeyinti məhsullar siyahıda onlarla belə məhsul varki, həm bufetlərdə bunların satışına icazə verilmir həmdə qanunla qadağan edilib

Məktəb rəhbərliyi bildirir ki, bufetdə satışda olan bütün məhsulların keyfiyyətli və standartlara cavab verib-verməməsinə həm nəzarət olunur eləcə də yeyinti məhsullarını  gətirən  müxtəlif  şirkətlər  standartdan  kənara çıxarlarsa onlarla bağlanan müqavilələr ləğ olunur .

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun