Məktəb binası əsaslı təmir olunur

  • SpaceTV
  • 21 Avqust 2019 16:45

Kürdəmir şəhər 1 saylı tam orta məktəb illər öncədən fəaliyyət göstərir. Kontingent baxımından rayonun ən qabaqcıl məktəblərindən biridir. Lakin əvvəlki illərdə təhsil ocağının müasir standartlara tam cavab verməməsi bugünkü əsaslı təmirə zəmanət yaratmışdı.

Space TV –nin xüsusi müxbiri məlumat verir ki, ötən ayın əvvəllərindən başlayan işlər sürətli şəkildə öz işini davam etdirir və növbəti tədris ilinin başlanğıcına kimi təhvil veriləcəyi nəzərdə tutulur.

Mövcud olan nisbətən kiçik və az yerlik məktəb binası tamamilə sökülərək yerində 1250 şagird yerlik, ən son standartlara cavab verən məktəb binası inşa edilir. Məktəb 2 əsas korpusdan ibarətdir. Birinci korpusda 5 blok, ikinci korpusda isə üçmərtəbəli bina yerləşir.

Ümumilikdə 50-yə yaxın otağı özündə birləşdirir. 50-yə yaxın sinif otağı, yeməkxana, idman zalı, oxu zalları, informatika mərkəzi bina daxilində yer alacaq.

Paylaş

 Xəbəriniz olsun