Məktəb bazarlığı

  • SpaceTV
  • 10 Sentyabr 2019 14:20

Yeni tədris ilinin başlamasına sayılı günlər qalmış məktəbli mağazaları valideyn və uşaqlarla dolub daşır. Hər kəs mağazalara və ya məktəblilər üçün yaradılmış yarmarkalara  axın edərək yeni tədris ili üçün bazarlıq edirlər. Görünüşləri kimi bu ləvazimatların keyfiyyətləri və qiymətləri də müxtəlifdir. Keyfiyyətindən və görnüşündən aslı olaraq hər bir məktəbli ləvazimatlarını müxtəlif qiymətlərə görmək olar. Bazarlarda daha çox təlabat dəftər qələm və çantalaradır.  

Araşdırmalarımızdan göründüyü kimi, ümumilikdə ötən illə müqayisədə qiymətlərdə o qədər də dəyişiklik yoxdur.

I-VI sinif şagirdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) – 37 manat, şalvar – 16 manat, ətək (yubka) – 14 manat, köynək – 7 manat, jilet – 6-7 manatadır-. Bir məktəbli dəsti almaq üçün ümumilikdə 50 manat tələb olunur.

VII-XI sinif şagirdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) – 46 manat, şalvar – 18 manat, sarafan – 18 manat, köynək – 8-10 manat, jilet – 6-7 manatdır. Beləliklə, bir uşağın məktəbə yola salınması üçün formaya 60 manat xərcləmək lazımdır.

Məktəb ləvazimatlarına gəlincə isə 100 vərəqli dəftərlər 40 qəpik-1 manat, sadə karandaş 20-80 qəpik, xətkeş 30-60 qəpik, pozan 30 qəpik-1 manat arası, flomastr 3-15 manat arası, qələm qabı 2-6 manat arası, rəngli kağız 80 qəpik-3 manat arası, qovluq 3-5 manat arası, yapışqan 50 qəpik-2 manat arası qiymətlər dəyişir.1-ci sinif şagirdləri üçün nəzərdə tutulan yemək qabı 8- 12 manat, su qabı 2-15 manat, rəsm albomunun qiyməti isə 40 qəpik- 5 manat arasında satılır.

Satıcılar deyir ki, məktəbə təzə başlayan  şagirdlər üçün daha çox xərc tələb edilir. Aşağı siniflər lazım olan sadə ləvazimatlardan əlavə həvəsləndirici, fiqurlu, görünüşü ilə diqqət çəkən  ləvazimatlara  üstünluk verirlər.

Bu hələ dərs ləvazimatlarının bir qismidir. Dərs açılandan  sonra müəllimlərin ardıcıl sifarişləri də  başlayır. Müxtəlif test kitabları, əlavə tədris vəsaitləri lazım olur. Ümumiyyətlə bir məktəbli çantası və onu doldurmaq üçün valideynlər təxminən 60-80 manat arasında pul xərcləyirlər. Unutmayın ki, əsas olan məktəblilərin məktəbə ucuz və ya bahalı çanta aparması yox, məktəbin ona qazandırdığı bilik və savaddır.

Orxan Şükür, İsa İsmayılov, Space

Paylaş

 Xəbəriniz olsun