Məktəbəhazırlıq qruplarına məcburi köçkün uşaqlarının qəbulu ilə bağlı AÇIQLAMA

  • Space TV
  • 18 Avqust 2020 17:33

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına məcburi köçkün uşaqlarının qəbulu qaydasını açıqlayıb.

Bu barədə Təhsil Nazirliyindən Spacetv.az-a verilən məlumatda qeyd olunub. 

Bildirilib ki, işğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.

Nazirlik məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatların tapılmadığı halda nə etmək lazım olduğuna da aydınlıq gətirib.

Belə ki, seçilən uşağın məlumatları “Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi”ndə tapılmırsa, vətəndaş məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ Qeydiyyat mərkəzlərinə müraciət etməlidir.

Paylaş

 Xəbəriniz olsun