Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi

  • SpaceTV
  • 17 Oktyabr 2019 11:40

Səudiyyə Ərəbistanına Ümrə ziyarəti üçün gedən zəvvarların avtobusu yük maşını ilə toqquşub və tamamilə yanıb.

SPACE TV xəbər verir ki, bu barədə TASS məlmat yayıb.

Hadisə zamanı Asiya və Yaxın Şərqdən olan zəvvarlardan 36 nəfər həyatını itirib. Qəza müqəddəs Məkkə və Mədinə şəhərləri arasındakı yolda baş verib. Avtobusda cəmi 40 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun