Məhşur aktyor və həyat yoldaşı koronavirusa tutuldu

  • Space TV
  • 12 Mart 2020 10:18

Amerikanın məşhur aktyoru və prodüseri Tom Henks (Tomas Ceffri Henks – Red) və onun həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

SPACE TV  xəbər verir ki, bu barədə aktyor özünün “Twitter” səhifəsində bəyan edib.

“Mən Rita ilə ( Həyat yoldaşı – Red) Avstraliyadayıq. Biz koronavirusla bağlı analiz verdik və cavab müsbət oldu”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş

 Xəbəriniz olsun