Məhkumlara Elektron Nəzarət

  • Space TV
  • 8 Fevral 2021 12:03

2018-ci ildən bu günə kimi  məhkəmənin qərarın əsasən ölkədə 5 minə yaxın məhkuma ƏN-nin probasiya xidməti tərəfindən elektron nəzarət vasitəsi tətbiq olunub.Hazırda isə xidmətin elektron manitoor idarəsi tərəfindən 2400-dən artıq məhkumun eletron izlənməsi həyata keçirilir.

Elektron nəzarət vasitələri məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir.Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahıya əsasən, məhkumlara 3 növ mobil nəzarət,elektron qolbaq və ev siqnal ötürücüsü elektron nəzarət vasitəsi tətbiq edilir

Məhkum cəzanı çəkməkdən boyun qaçırdıqda və nəzarət vasitəsini hər hasnı bir formada zədələdikdə və imtina etdikdə cəzanın icrası məcəlləsinin müəyyən olunmuş qaydada icra məmuru tərəfindən cəzanın çəkilməmiş hissəsinin müəyyən müddət məhrumetmə cəzası ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilir

Qeyd edək ki, probasiya xidməti tərəfindən ölkə üzrə elektron nəzarət vasitə ilə izlənilən 2408 məhkumun 101-i qadın, 2307-si isə kişi məhkumlardır.

Paylaş

 Xəbəriniz olsun