Məhkəmə Sarkozini günahkar hesab etdi

  • Space TV
  • 1 Mart 2021 17:30

Fransa məhkəməsi ölkənin eks-prezidenti Nikola Sarkozini korrupsiyada günahkar hesab edib.

BBC xəbər verir ki, Sarkozini 10 ilə qədər həbs və milyonunluq cərimə gözləyir.

O, ittihamları rədd edir və siyasi opponentlər tərəfindən təqib edildiyini deyir.

Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.

O, “L’Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.

Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror – red.) rüşvət verməyə çalışaraq Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.

2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.

Paylaş

 Xəbəriniz olsun