Məhkəmə Mübariz Mənsimov barəsində həbs qərarı verdi

  • Space TV
  • 17 Mart 2020 11:52

İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən başladılmış istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında həbs-qətimkan tədbiri seçilib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Mənsimov və Perker ötən gün axşam saatlarında İstanbul Ədliyyə Sarayına gətirilib.

Prokurorluqda dindirildikdən sonra Mənsimov və Perker həbs edilmə tələbi ilə məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə Mübariz Mənsimov barəsində həbs qərarı verib, Perker isə “məhkəmə nəzarəti” şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Mübariz Mənsimov Fətullahçı Terror Təşkilatına (FETO) üzvlükdə və casusluqda ittiham edilir.

Paylaş

 Xəbəriniz olsun