Məhkəmə Mixail Yefremova hökm oxudu

  • Space TV
  • 8 Sentyabr 2020 14:27

Məşhur rusiyalı aktyor Mixail Yefremov ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Meduza” agentliyi məlumat yayıb.

Hökmə əsasən, M. Yefremov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, M.Yefremov iyunun səkkizində Moskvanın mərkəzində qəza törədib.

Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü Sergey Zaxarov ölüb.

Paylaş

 Xəbəriniz olsun