Məhkəmə məşhur hotelin rəhbəri ilə bağlı qərar çıxardı

  • Space TV
  • 9 Mart 2021 11:47

Bakı Apellyasiya Məhkəməsində “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valterin inzibati qaydada cərimələnməsi ilə bağlı şikayətə baxılıb.

Spacetv.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib. Qaq Valterin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Beş ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.

Paylaş

 Xəbəriniz olsun