Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

  • SpaceTV
  • 10 İyul 2020 17:45

“Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.

space tv-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib:

“12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 11 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb.

Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”.

H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.

Paylaş

 Xəbəriniz olsun