Məhərrəm ayının yeni qaydaları – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 13:21

İslam tarixinin  faciəli  təqvimi  kimi  qeyd edilən Məhərrəm ayının   günlərini yaşamaqdayıq.  Space TV-nin xəbərinə görə,  5 gündən sonra , yəni  avqustun  30-da siə Aşura günü qeyd olunacaq. Əvvəlki illərdən fərqli olaraq  bu dəfə  kütləvi  dini  tədbirlərin,  aşura mərasimlərinin  məsciddə keçrilməsi tövsiyə olunmur. Səbəbsə  bəllidir.  Bir arada  yüzlərlə insanın toplaşması virusun yenidən yayılmasına şərait yarada bilər ki, bu isə karantin rejiminin yenidən uzadılmasını qaçılmaz edər.  

QMİ-nin sədr müavini Fuad Nurullayev dünyanın başını dərdə salan pandemiyanın   yarada biləcəyi təhlükədən  yayınmanın tək yolunun   karantin qaydalarına ciddi əməl etmək olduğunu  da bildirdi. Sədr  müavini savab işlər görmək istəyən inanclı insanların məhz Aşura günündə qanvermə akiyalarına qatılmalarının daha   məqsədəuyğun olduğunu dedi  

QİM rəsmisi onu da  qeyd etdi ki, müqəddəslərini  anmaq  istəyənlər, öncə  dindaşının  sağlamlığının  qeydinə qalmağa və qorumağa borcludur . İndi gunun tələbi budur .  

Paylaş

 Xəbəriniz olsun