Məhərrəm ayının tarixi açıqlanıb

  • SpaceTV
  • 14 Avqust 2019 12:11

Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Bu tarix Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Space.TV Qafqaz Müsalmanları İdarəsinə istinadən bildirir ki,  Məhərrəmlik mərasimləri İmam Hüseynin  şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır.

Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Paylaş

 Xəbəriniz olsun