Məhərrəm ayında dini ayinlər onlayn keçiriləcək – VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 15:53

Ölkəmizdə qüvvədə olan xüsusi karantin rejimi səbəbindən məscidlər işləmədiyinə və insanların bir yerə toplaşmasına icazə olmadığına görə bu ilin Məhərrəm ayında dini ayinlər onlayn şəkildə keçiriləcək. Bu barədə spacetv.az saytına Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev məlumat verib. Hacı Fuad həmçinin bildirib ki, hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası təşkil etməyə çalışacaq. Artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanlanıb.

Xatırladaq ki, İslam dünyasının müqəddəs aylarından olan Məhərrəm ayı bu il avqust ayının  21-də başlayacaq.

Əbülfət Baxşəliyev

Paylaş

 Xəbəriniz olsun