Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq – SƏRƏNCAM

  • SpaceTV
  • 5 Dekabr 2019 17:32

Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

SPACE TV-in xəbərinə görə, sərəncama əsasən, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş

 Xəbəriniz olsun