Məğlubedilməz gənc boksçu avtoqəzada öldü

  • Space TV
  • 17 İyul 2020 12:13

İdmançı karyerasında bir dəfə də olsa, rinqi məğlub tərk etməyən amerikalı peşəkar boksçu Travell Mezion 24 yaşında avtomobil qəzasında həyatını itirib.

REN TV bu barədə TMZ portalına istinadən xəbər yayıb.

Mənbə yazır ki, gənc idmançının idarə etdiyi avtomobil əks yola çıxaraq, “Honda Pilot” markalı minik maşını ilə toqquşub.

Peşəkar boksçu aldığı xəsarətdən yerindəcə keçinib.

“Honda Pilot” avtomobilinin 61 yaşlı sürücüsü də xəstəxanaya aparılarkən yolda vəfat edib.

Paylaş

 Xəbəriniz olsun