Mədəsindən böyük saç kütləsi çıxdı

  • SpaceTV
  • 21 Avqust 2019 16:40

Space TV –nin xüsusi müxbiri məlumat verir ki, 5 yaşlı qızın mədəsindən 18 sm ölçüdə tük çıxdı. Tük kütləsi bütün mədəni və 12 barmaq bağırsağı örtübmüş. Əməliyyatla kütlə tamamilə xaric olunub və hazırda azyaşlının vəziyyəti normaldır. Əməliyyatı icra edən tibb elmləri üzrə fəlsəfə doktoru  Toğrul Ömərov (  Uşaq cərrahı ) bildirdi ki,  bu kimi hallarda cərrahi müdaxilə, yəni tük kütləsinin çıxarılması mütləqdir.

Həkimin sözlərinə görə, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.

Həkim onu da deyib ki, xəstəlik vaxtında aşkarlandıqda, psixoloqlar tərəfindən kömək olunarsa, qarşısını almaq mümkündür. Əməliyyatdan sonra da xəstə pisxoloqun nəzarəti altında alınmalıdır.Onu da deyək ki, bu, daha çox qız uşaqlarında rast gəlinən problemdir.

Vasif Miradəmoğlu  Space

Paylaş

 Xəbəriniz olsun