Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

  • SpaceTV
  • 22 May 2020 11:55

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

SPACE TV  xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir. O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Paylaş

 Xəbəriniz olsun