Məcburi köçkünlərin statusu nə vaxt ləğv olunacaq?

  • Space TV
  • 12 Fevral 2021 13:53

İşğaldan azad edilmiş ərazilərdəki öz dədə-baba yurdlarına qayıdana qədər məcburi köçkünlərin statusu qüvvədə qalacaq.

Spacetv.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, məcburi köçkünlərin statusu hələlik ləğv edilməyib. 

“Onların övladlarının təhsil haqqından azad edilməsi də hələ qüvvədədir. Bu imtiyazlar onlar öz dədə-baba yurdlarına qayıdana qədər davam edəcək”, – deyə M.Quliyev əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun