“Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin iştirakçıları təltif edildilər – FOTO

  • Space TV
  • 16 Fevral 2021 16:33

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin icrası davam edir. 

Layihə çərçivəsində “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində layihənin benefisiar qrupu üçün “Kompüter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri üzrə təlimlər təşkil olunub. Bütün ixtisaslar üzrə təlimləri bitirən 31 nəfərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədilə ümumi qiymətləndirilmə keçirilib. 

İmtahan formatında təşkil olunan qiymətləndirilmə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin dəstəyi ilə keçirilib. Təlim prosesinin yekun mərhələsində “Qobu Park-2” yaşayış kompleksində peşə təlimlərini müvəffəqiyyətlə bitirən gənclərinin təltifetmə mərasimi keçirilib. 

Peşə təlimlərinin məzunları layihə çərçivəsində peşə təlimlərinin yekunlaşması ilə bağlı müvafiq sertifikat və hədiyyələrlə təltif olunublar.

Paylaş

 Xəbəriniz olsun