İllərlə çəkdiyi ağrı- acı , çətinlik geridə qaldı, xəyalları bircə anda gerçək oldu.Əslən Laçın rayonun olan məcburi köçkün Gülarə Cabbarova 27 il iki övladı ilə şəratisiz və darısqal evdə yaşayıb. Geniş, şəraitli mənzildə yaşamaq arzusunun nə vaxtsa reallaşacağına hər zaman inanıb. Belə demək mümkünsə, xoşbəxtlik gec gəlsədə, güclü gəlib. Həm dördotaqlı mənzilə sahiblənib , həm də ilk qonağı dövlət başçısı və xanımı olub.Gülarə xanım ailənin tək başçısıdı. Həyat yoldaşı Xocalı uğrunda gedən döyüşlərdə şəhid olub. Gənc yaşlarından dul qalan və iki oğul övladını tək böyüdən xanımın oğullarından biri ailəlidir. Dövlət başçının şəhid ailələrinə birdəflik 11 min manat vəsaitin verilməsi ilə bağlı verdyi fərmana uyğun olaraq Gülarə xanım da vəsait alıb və indi digər oğluna toy etməyi planlayır. Elə görüşdə dövlət başçısını da xeyir işə dəvət etməyi unutmayıb.Cabbarovlar ailəsinin sevincinə butun əzizləri şərikdilər və dövlət başçısına minnətdardılar. Onu deyək ki, “Qobu Park-2” yaşayış kompleksində ümumilikdə 1300 mənzil var. Mənzillər bir, iki, üç və dörd otaqdan ibarətdir və zəruri inventarla təchiz edilmiş vəziyyətdədir.
BƏTÜRƏ NƏBİYEVA SPACE TV