Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar AÇIQLANDI – FOTO

  • Space TV
  • 4 Mart 2021 15:05

2021-ci ilin yanvar-fevral aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 70 milyon manat və ya 14,8 faiz artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə təşkilatlarında 12,3 faiz, qeyri-büdcə təşkilatlarında isə 9,1 faiz artım qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun