LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır

  • SpaceTV
  • 23 Yanvar 2020 11:00

Rusiyanın LUKOYL şirkəti Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə layihələr planlaşdırır.

SPACE TV  xəbər verir ki, bunu LUKOYL-un rəhbəri Vahid Ələkbərov deyib.

O bildirib ki, hazırda bəzi layihələr müzakirə olunur:

“Bu, “Naxçıvan” bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Geoloqlarımız hesab edir ki, bu sahələr perspektivlidir. Hazırda biz SOCAR-la tədqiqat üzrə danışıqlar aparırıq. Böyük ehtimalla saziş Davos iqtisadi forumu çərçivəsində imzalanacaq”.

Paylaş

 Xəbəriniz olsun