Lukaşenko yeni seçkilərin keçirilməsindən imtina etdi

  • Space TV
  • 17 Avqust 2020 13:32

“Belarusda prezident seçkiləri baş tutdu, yeni seçkilər olmayacaq”.

Spacetv.az “İnterfaks”-a istinadən xəbər verir ki, bunu Prezident Aleksandr Lukaşenko “Minsk Təkər Traktor Zavodu”nun (MZKT) işçiləri ilə görüşdə deyib.

 O, həmin yerə oğlu Nikolayla birlikdə helikopterlə gəlib.

“Siz məndən təzyiq altında nəsə edəcəyimi gözləməyin. Onlar olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də “BelAZ” olmayacaq, yarım ilə biz hər şeyi məhv edəcəyik”, – Belarus lideri bildirib.

Qeyd edək ki, sözügedən şirkətlər Belarusda keçirilən prezident seçkilərinə etirazlarını bildirərək tətil edirlər.

Paylaş

 Xəbəriniz olsun