Lukaşenko: “Belarusdakı etirazların arxasında ABŞ dayanır”

  • Space TV
  • 8 Sentyabr 2020 17:27

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ölkəsində baş verən etirazların arxasında ABŞ dayanır.

Vesti.ru xəbər verir ki, bu barədə o, jurnalistlərin müvafiq suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ Polşa və Çexiyada olan mərkəzləri vasitəsilə fəaliyyət göstərir.

Lukaşenko qeyd edib ki, respublikada etiraz əhval-ruhiyyəsini daxili səbəblər də artırıb.

Paylaş

 Xəbəriniz olsun