Lüis Hemilton qələbə sayında Şumaxerə çatdı

  • Space TV
  • 12 Oktyabr 2020 10:07

“Mercedes”in pilotu, Böyük britaniyalı Lüis Hemilton “Formula 1” Qran-Prisində qələbə sayını almaniyalı yeddi qat dünya çempionu Mixael Şumaxerlə bərabərləşdirib.

Spacetv.az xəbər verir ki, L.Hemilton Almaniyanın Nürburqrinq trasında Ayfel Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, 35 yaşlı pilot “Formula 1” yarışlarında ilk dəfə 2007-ci ildə debüt edib.

Paylaş

 Xəbəriniz olsun