“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək

  • Space TV
  • 7 Mart 2020 15:00

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirusun (Covid 19) yayılması, rezervasiyaların azalması, həmçinin çox sayda uçuşun ləğv edilməsi ilə fövqəladə vəziyyət yaşadıqlarını açıqlayıb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, şirkət tələbin azalması ilə uçuşlarını 50%-ə qədər azaldacağını açıqlayıb.

Qeyd edək ki, bu qərar “Lufthansa”nın törəmə şirkətlərinə də aid ediləcək.

Bundan başqa, şirkət satınalmaların dayandırıldığını, işçiləri pulsuz məzuniyyət və illik məzuniyyətlərdən istifadə etmələrini tövsiyə olunduğunu bildirib.

Paylaş

 Xəbəriniz olsun