Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı

  • SpaceTV
  • 7 Dekabr 2019 15:15

Hindistanlının lotereyada qazandığı pulla aldığı torpaqdan xəzinə çıxıb.

“CNNTürk”ün xəbərinə görə, lotereyada 842 min dollar qazanan Rathnakaran Pillai adlı şəxs pulun bir hissəsi ilə Kerala əyalətində torpaq alıb.

Sən demə, onun aldığı ərazidə qədim xəzinə basdırılıb.

Travankor Krallığına məxsus olduğu təxmin edilən 2500-dən çox sikkə tapan Pillai bunu müvafiq orqanlara bildirib.

Mütəxəssislər sikkələri götürərək araşdırmalara başlayıblar.

Paylaş

 Xəbəriniz olsun