“Los-Anceles Leykers” 17-ci dəfə NBA çempionu oldu

  • Space TV
  • 12 Oktyabr 2020 11:38

Milli Basketbol Assosisiyasında (NBA) 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Spacetv.az-ın məlumatına görə, final mərhələsinin 6-cı oyununda “Mayami” komandasına qalib gələn (106:93) “Los-Anceles Leykers” ümumi hesabı 4:2 edərək çempion olub.

Los-Anceles şəhərinin eyniadlı təmsilçisi tarixində 17-ci dəfə qızıl medallara sahib çıxıb.

Qalib komandanın basketbolçusu Lebron Ceyms isə karyerası ərzində 4-cü dəfə final mərhələsinin ən dəyərli oyunçusu seçilib. Pley-off çərçivəsində 260 oyun keçirmiş Ceyms bu göstəricidə Darek Fişeri qabaqlayaraq NBA tarixində ilk sıraya yüksəlib.

Qeyd edək ki, “Los-Anceles Leykers” finaladək “Portlend”, “Hyuston” və “Denver” klublarını eyni hesabla (4:1) məğlub edib.

Paylaş

 Xəbəriniz olsun