Londonun dünyaca məşhur Kral Opera Teatrı müflis olub: Mülkiyyəti satışa çıxarılıb

  • SpaceTV
  • 23 Oktyabr 2020 16:12

Böyük Britaniyada Kral Opera Teatrının rəhbərliyi maddi çətinlik ucbatından teatrın mülkiyyətində olan Devid Hokninin məşhur rəsm əsərindən birini satmaq məcburiyyətində qalıb.

Spacetv.az “Euronews”a istinadən xəbər verir ki, “Kral Operası”nın rəhbərliyi artıq 400-dən çox əməkdaşını işdən çıxarıb və yaxın vaxtlarda yeni ixtisar elan ediləcək.

Rəsm əsəri hərracda 13 milyon funt sterliqə (28 milyon manat) satılıb.

Həmkarlar ittifaqları bu məbləğin teatrın büdcəsindəki boşluqları düzəltməyə kömək olmayacağı və dünyanın ən möhtəşəm mədəniyyət məbədinin maliyyə vəziyyətini yaxşılaşdıra bilməyəcəyi qənayətindədirlər.

Paylaş

 Xəbəriniz olsun