Londondan İslamabada uçan təyyarə Bakıda təcili eniş etdi

  • Space TV
  • 27 Dekabr 2019 10:55

Bu gün “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarı verib.

SPACE TV xəbər verir ki, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Paylaş

 Xəbəriniz olsun