Londonda NATO-nun sammiti keçirilir

  • SpaceTV
  • 4 Dekabr 2019 16:24

NATO liderlərinin Londonda sammiti keçirilir.

SPACE TV-in xəbərinə görə, beynəlxalq təşkilatın 70-ci ildönümünə təsadüf edən sammitdə bloka üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

Üç saat davam edəcək müzakirələrdə liderlərin müttəfiq qüvvələrin hərbi hazırlığının daha da yaxşılaşdırılması, NATO-nun terrorizmə qarşı fəaliyyət planının yenilənməsi də daxil olmaqla bir sıra məsələlər barədə razılığa gələcəyi gözlənilir.

Onlar Rusiya, silahlara nəzarətin gələcəyi və Çinin yüksəlişi ilə bağlı strateji müzakirələr də aparacaq.

Paylaş

 Xəbəriniz olsun