London məhkəməsi Assanjı həbsdə saxladı

  • Space TV
  • 6 Yanvar 2021 16:49

Böyük Britaniyada “Wikileaks”in qurucusu Culian Assanjın məhkəməsi olub.

“RİA Novosti” xəbər verir ki, Londonun Vestminster rayon məhkəməsində onun girov müqabilində sərbəst buraxılması məsələsinə baxılıb.

Məhkəmə Assanjın girov müqabilində sərbəst buraxılması istəyini rədd edib.

Yanvarın dördündə London Mərkəzi Cəza Məhkəməsinin hakimi Vanessa Baraitser gözlənilmədən Assanjı ABŞ səlahiyyətlilərinə təhvil verməkdən imtina edib, ABŞ tərəfinin vəkilləri bu qərara etiraz edəcəklərini deyiblər.

2010-cu ildə İsveçdə təcavüzdə günahlandırılan Assanj ekstradisiyadan qorxaraq 2012-ci ilin iyunundan bəri Londondakı Ekvador səfirliyində gizlənib. O, 2019-cu il aprelin 11-də ABŞ-ın tələbi ilə tutulub. Ekstradisiya məhkəməsindən qısa müddət sonra ABŞ səlahiyyətliləri Assanja casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürdüklərini elan etdilər. ABŞ-a ekstradisiya olunacağı təqdirdə Assanc 175 ilə qədər həbs cəzası ala bilər.

Paylaş

 Xəbəriniz olsun