London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb

  • Space TV
  • 30 Noyabr 2019 10:34

London körpüsündə naməlum şəxs bıçaqla ətrafındakılara hücum edib.

SPACE TV-in BBC-yə istinadən verdiyi məlumata görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidenti törədən şübhəli şəxsə hadisə yerində atəş açıb.

Polis şübhəlinin öldüyünü təsdiqləyib.

Xəbərə görə, bıçaqlanma terror hadisəsi kimi qiymətləndirilib. Polis şübhəlinin üzərində saxta partlayıcı cihaz olduğunu bildirib.

Qeyd edək ki, hadisə şahidlərinin sosial mediada paylaşımlarında şübhəlinin polis gələnədək ətrafdakı vətəndaşlar tərəfindən mühasirəyə alındığı görünür. Hətta vətəndaşlardan biri şübhəlinin əlindəki iri bıçağı almağa müvəffəq olub.

London körpüsünə naməlum şəxs tərəfindən edilən hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib.

Bu barədə yerli polisin məlumatında bildirilib.

Paylaş

 Xəbəriniz olsun