“Lolita”nı oynayan aktrisa vəfat edib

  • Space TV
  • 28 Dekabr 2019 16:36

Amerika aktrisası Syu Layon vəfat edib.

SPACE TV-in ria.ru-ya istinadən verdiyi məlumata görə, 73 yaşlı aktrisanın sağlamlığında problem olub.

S.Layon rejissor Stenli Kubrikin “Lolita” filmindəki eyni adlı rolundan sonra məşhurlaşıb. Bu rola görə o, “Qızıl Qlobus” mükafatını qazanıb.

Layon “İquana gecəsi”, “7 qadın” və başqa filmlərdə də oynayıb.

Paylaş

 Xəbəriniz olsun