Liviyada daha iki kütləvi məzarlıq tapıldı

  • Space TV
  • 13 Oktyabr 2020 14:23

Liviyanın Tərhunə şəhərində iki kütləvi məzarlıq tapılıb.

Spacetv.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, şəhərin Qanuni Əl-Rabt bölgəsində aşkar edilən ilk qəbiristanlıqda dörd cəsəd tapılıb.

Bildirilir ki, birinci qəbiristanlıqdakı axtarışlar başa çatdıqdan sonra ikinci qəbiristanlıqda araşdırma başlayacaq.

Xatırladaq ki, keçən iyun ayından indiyədək paytaxt Tripoli və Tərhunədə bir neçə kütləvi məzarlıq tapılıb.

Paylaş

 Xəbəriniz olsun