Liviya ilə bağlı çoxtərəfli danışıqlar başladı

  • Space TV
  • 13 Yanvar 2020 15:09

Rusiyanın Xarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.

SPACE TV xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu barədə “Facebook”dakı səhifəsində yazıb.

O bildirib ki, Rusiya ilə Türkiyə prezidentləri arasında İstanbulda əldə edilmiş razılaşmalara əsasən, bu gün XİN-in Qəbul Evində Liviya münaqişəsinin həll olunması ilə bağlı xarici işlər və müdafiə nazirləri səviyyəsində Rusiya – Türkiyə görüşü başlayıb.

M.Zaxarova görüşə münaqişə tərəflərinin nümayəndələrinin də qoşulacağını deyib.

Paylaş

 Xəbəriniz olsun