“Liverpul”un ulduzu karyerasını “Barsa”da davam etdirəcək

  • Space TV
  • 2 Sentyabr 2020 16:17

“Liverpul”un yarımmüdafiəçisi Jorjinyo Veynaldum böyük ehtimalla karyerasını İspaniyada davam etdirəcək.

Spacetv.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

29 yaşlı futbolçu artıq “Barselona”ya keçməyə hazırdır və hətta klubla üçillik müqaviləyə razılaşıb. Transferin ümumi dəyərinin bonuslarla birlikdə 20 milyon avrodan az olacağı qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun